DÜNYA » SİYASƏT
26 Sentyabr 2019, 17:46 (GMT +4)

İstanbulda zəlzələ nəticəsində məscidin minarəsi uçub

Bakı, 26 sentyabr, SalamNews. İstanbulda baş vermiş 5.9 bal gücündə zəlzələ nəticəsində Avcılar rayonunda məscidlərdən birinin minarəsi uçub.

Məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq üç rayonuda məktəbdə dərslər ləğv edilib.

SalamNews xəbər verir ki, mobil operatorların fəaliyyətində problemlər yaranıb.