AZƏRBAYCAN » CƏMİYYƏT
30 Sentyabr 2019, 15:50 (GMT +4)

Sabundan hazırlanmış rəngarəng çiçəklər (FOTOLAR)

Bakı, 30 sentyabr, SalamNews. Gənc sahibkar Gülgün Gündüz sabundan maralıq rəngarəng çiçəklər hazırlayır.

Öz fəaliyyəti ilə bağlı SalamNews-a məlumat verən Gülgün Gündüz deyir ki, milli adət-ənənələri qorumaq,müasir dövürün tələbinə uyğun olaraq inkişaf etdirilməsi bir istedatdır.Bu gün də sabun bişirilib hazırlanması ənənəsi davam edir. Ətirli sabunlar dekorativ bəzək əşyası kimi qonçalarda,hədiyyə səbətlərində və istifadəyə yararlı, müalicə məqsədi ilə istifadə edilir.

Onun sözlərinə görə, sabundan müxtəlif güllərin hazırlanması zamanı təbbi boyalardan,kimyəvi qatqısı olmayan təbii boyalardan, sabun bazı və parafin istifadə olunur. Zövqə görə ətir, rəng və formasına görə qəliblərdən istifadə edilərək sabunlar hazırlanır.

Məlumat üçün bildirək ki, Gülgün Gündüz ixtisasca marketoluqdur. 10 ildir tibb sahəsinin hemotologiya bölümündə talassemiya üzrə könüllü kimi fəaliyyət göstərir.Talassemiya üzrə ölkədə və ölkədən kənar spekar olub. "Milli adət ənənlərin qorunması", "Azərbaycan incəsənəti"üzrə məqələləri çıxıb. Ətirli sabun, ətirli daşlardan,bitki və rəngli kağızlardan kreativ hədiyyələrini hazırlanması uzun zamandır onun hobbisi olsa da, artıq bu hobbini kiçik biznesə çevirib.