AZƏRBAYCAN » MEDİA
02 Oktyabr 2019, 11:44 (GMT +4)

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb

Bakı, 2 oktyabr, SalamNews. Azərbaycanda yeni "OnlinePress"xəbər saytı fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, saytın yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaq, ölkə həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi operativlik və tərəfsizlik olan Onlinepress.az Azərbaycan və yaxın vaxtlarda Rus dillərində xəbərlər yayımlayacaq. Onlinepress.az-da Ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

Saytın internet ünvanı belədir: www.onlinepress.az

Qeyd edək ki, saytın rəhbəri Toğrul Allahverdilidir.