AZƏRBAYCAN » CƏMİYYƏT
04 Oktyabr 2019, 11:07 (GMT +4)

Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi yaradılacaq

Bakı, 4 oktyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur. Bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub.

SalamNews ƏƏSMN-ə istinadən xəbər verir ki, yeni yaradılacaq reabilitasiya müəssisəsində Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.