DÜNYA » SİYASƏT
03 Oktyabr 2019, 11:07 (GMT +4)

ABŞ-da miqrantlardan DNT nümunələri toplana bilər

Bakı, 3 oktyabr, SalamNews. ABŞ hökuməti miqrantlar və sığınacaq axtaran şəxslərdən DNT nümunələri toplayaraq onları cinayətkarların məlumat bazasına daxil etmək niyyətindədir.

Bu barədə "New York Times" ABŞ Daxili Təhlükəsizlik Departamentindəki mənbələrə istinadən yazır.

SalamNews xəbər verir ki, əgər yeni təklif qəbul edilərsə, bu ABŞ-da xüsusi həbs yerlərində saxlanılan təxminən 40 min insana şamil edilə bilər.

Beləliklə, Federal İstintaq Bürosu tərəfindən idarə olunan məlumat bazası əhəmiyyətli dərəcədə genişlənəcəkdir.

Daha əvvəl buraya yalnız cinayətdə ittiham olunan insanlar haqqında məlumatlar yerləşdirilirdi.