DÜNYA » SİYASƏT
04 Oktyabr 2019, 14:08 (GMT +4)

Kreml Ukrayna ilə "hamı hamı üçün" formatında mübadilənin tərəfdarıdır

Bakı, 4 oktyabr, SalamNews. Rusiya ilə Ukrayna arasında saxlanılan şəxslərin "hamı hamı üçün" formatında mübadiləsi yekun məqsəd olmalıdır.

SalamNews -un RT-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Kiyevin yeni bir mübadilə ehtimalına dair açıqlamalarına münasibət bildirərkən deyib.

"Rusiya tərəfi çoxdan qeyd edib ki, rəsmi Moskva "hamı hamı üçün" mübadiləsini həyata keçirməkdən məmnun olardı. Bu son hədəf olmalıdır", o deyib.

Kreml nümayəndəsi qeyd edib ki, bütün proses iki tərəfin hazırlığından asılıdır.

"Bu çərçivədə bəzi işlər aparılır", Peskov bildirib.