RUSİYA » HADİSƏLƏR
05 Oktyabr 2019, 12:30 (GMT +4)

Rusiyada qayıq sahilə çırpılıb, ölən var

Bakı, 5 oktyabr, SalamNews. İrkutsk Su Anbarının Çertugeyevski Körfəzi bölgəsində göyərtəsində beş sərnişin olan qayıq sahilə çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb.

SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya İB Nəqliyyat üzrə Şərqi Sibir İstintaq İdarəsi məlumat yayıb.

“Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (Ehtiyatsızlıqdan ölümə səbəb olmaq) üzrə cinayət işi açılıb", məlumatda deyilir.

İstintaqın məlumatına görə, qayıqda 5 nəfər olub, onların hamısı sərxoş vəziyyətdə olub. Toqquşma nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.