DÜNYA » SİYASƏT
07 Oktyabr 2019, 13:38 (GMT +4)

Ərdoğan ABŞ ordusunun Suriyanın şimal-şərqindən çəkilməyə başladığını açıqlayıb

Bakı, 7 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ türk ordusunun təhlükəsizlik bölgəsi yaratmaq üçün əməliyyat keçirmək niyyətində olduğu Suriya ərazilərindən qoşunlarını çıxarmağa başlayıb. 

SalamNews -un RT-yə istinadla verdiyi xəbərə görə, Ərdoğanın sözlərinə görə, ABŞ oktyabrın 6-da axşam saatlarında ABŞ prezidenti Donald Trampla baş tutan danışıqlardan sonra qoşunlarını ölkənin şimal-şərqindəki ərazilərdən çıxarmağa başlayıb.

"Cənab prezidentin vəd etdiyi kimi, qoşunların geri çəkilməsi prosesi başlayıb", Ərdoğan deyib.

Ərdoğan 5 oktyabrda verdiyi açıqlamada ölkənin yaxın günlərdə Suriyanın şimalında hərbi əməliyyata başlaya biləcəyini açıqlamışdı.