DÜNYA » DİN
08 Oktyabr 2019, 17:10 (GMT +4)

Nəcəf-Əşrəf şəhəri Ərbəin zəvvarlarını qarşılayır (FOTO)

Bakı, 8 oktyabr, SalamNews, B.Samid. Ərbəin günü yaxınlaşdıqca Nəcəf və Kərbəla şəhərlərində milyonlarla zəvvarın qarşılanması üçün hazırlıqlara başlanılır.

SalamNews xəbər verir ki, "Ərbəin" İmam Hüseynin 40 gününə deyilir və bu gün səfər ayının 20-ə, miladi təqvimi ilə isə cari ildə oktyabrın 19-a təsadüf edir.

Artıq Azərbaycandan Ərbəinə yollanan zəvvarların 90 faizi vətəni tərk edərək, İraqa doğru yollanıblar. Qeyri rəsmi məlumata görə artıq 20 min Azərbaycan Respublikası vətəndaşı İrana keçərək, ziyarətə yollanıblar.

Ərəbin ziyarəti əsasən 80 km-lik Nəcəf-Kərbəla yolunu qət etməkdən ibarətdir. Zəvvarlar İmam Əlinin məzarının yerləşdiyi Nəcəfdən İmam Hüseynin məzarının yerləşdiyi Kərbəla istiqamətdə piyada yol qət etməklə şəhidlər ağası İmam Hüseynlə beyətlərini yeniləyirlər.

Hazırda Nəcəf şəhərində aidiyyatı qurumlar və xeyiryyə təşkilatları və sravi vətəndaşlar milyonluq zəvvar axınına xidmət etmək üçün hazırlıqlar görürlər.

SalamNews TasnimNews-a istinadla həmin hazırlıqların görüntülərini təqdim edir.