![]() |
AZƏRBAYCAN » MEDİA |
![]() ![]() ![]() ![]() ![]() USAID-in dəstəyi ilə Bakıda jurnalistlər üçün təlim keçirilir (FOTO) Bakı, 8 oktyabr, SalamNews. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Bakıda jurnalistlər üçün növbəti təlim təşkil edilib. SalamNews xəbər verir ki, bu dəfəki təlim "Media idarəetməsi: Media təşkilatının dayanıqlı strategiyasını necə qurmaq olar" mövzusuna aid edilib. Seminar tanınmış və təcrübəli təlimçilər Slovakiyadan Tatyana Repkova və Belorusiyadan Andrey Aleksandrov tərəfindən keçirilir. Bu təlim kursu DW-nın jurnalistika akademiyasına salınıb. Adından da göründüyü kimi, bu təlim idarəetmə sahəsi ilə məşğul olan baş redaktorlar və redaktorlar, media sahibləri və menecerlər üçündür. Təlimdən 10-dan çox KİV nümayəndələri iştirak edilər. Okyabırn 7-dən start verilən təlim 4 gün davam edəcək. |