DÜNYA » HADİSƏLƏR
09 Oktyabr 2019, 17:44 (GMT +4)

Almaniyada naməlum şəxs sinaqoq yaxınlığında iki nəfəri güllələyib

Bakı, 9 oktyabr, SalamNews. Almaniyanın Qalle şəhərində naməlum şəxsin hücumu nəticəsində iki nəfər ölüb. 

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis "Twitter" səhifəsində məlumat yayıb.

"BIld" qəzetinin məlumatına görə, atışma sinaqoqun yaxınlığında baş verib.

"İlkin məlumatlara görə, Qalledə iki nəfər ölüb. Bir neçə dəfə atəş edilib", polis deyib.

"Şübhəli şəxs avtomobili ilə hadisə bölgəsindən qaçıb. Biz onu axtarırıq və sakinlərdən evlərində  qalmalarını xahiş edirik", polis məlumatında deyilir.

Qəzetin məlumatına görə, atışma şəhərin şimalındakı Paulusvirtel bölgəsində baş verib. Bildirilir ki, cinayətkar yəhudi qəbiristanlığının ərazisinə əl qumbarası da atıb, bir neçə nəfər yaralanıb.

Bu məlumat hələ ki rəsmi şəkildə təsdiq edilməyib.