AZƏRBAYCAN » CƏMİYYƏT
11 Oktyabr 2019, 09:00 (GMT +4)

Yevlaxda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, 11 oktyabr, SalamNews.Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.