DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 15:49 (GMT +4)

Son sutkada 1200 suriyalı qaçqın İordaniya və Livandan öz ölkələrinə dönüblər

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. Livana və İordanıyaya sığınmış 1200-dən çox qaçqın son sutka ərzində öz ölkələrinə geri dönüblər.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.

Bildirilib ki, son suktada Livandan 322, İordaniyadan isə 909 suriyalı qaçqın öz ölkələrinə geri dönüblər.

Qaçqınlar əsasən İordaniya və Suriya sərhədində yerləşən Nəsib keçidindən və Livanla sərhəddə yerləşən Təl-Kələx və Cədida-Yabus keçidindən keçərək, ölkələrinə qayıdıblar.

Qeyd edək ki, 2017 və 2018-ci illərdə Suriya Ordusu Colanla sərhəd zonası Qunaytara əyalətini eləcə də İordaniya ilə sərhəd əyaləti Dəranı silahlı qruplaşmalardan təmzilədikdən sonra Livan və İordaniyaya gedən qaçqınların geri qayıtması tendensiyası başlayıb.