DÜNYA » SİYASƏT
11 Oktyabr 2019, 10:55 (GMT +4)

"Barış Pınarı" əməliyyatında ilk türk əsgəri şəhid olub

Bakı, 11 oktyabr, SalamNews. Suriyanın şimal-şərqində "Barış Pınarı" əməliyyatının gedişatında ilk türk əsgəri şəhid olub.

SalamNews -un "CNNtürk"ə istinadla verdiyi xəbərə görə, bununla bağlı  Türkiyə Müdafiə nazirliyi açıqlama yayıb. 

Məlumata əsasən, əməliyyat bölgəsində YPG-PKK terrorçuları ilə qarşıdurmada bir əsgər şəhid olub, 3-ü yaralanıb.

Müdafiə naziri Hulusi Akar şəhid əsgərin ailəsinə və yaxınlarına başsağlığı verib.