DÜNYA » SİYASƏT
11 Oktyabr 2019, 13:47 (GMT +4)

AB "Barış pınarı" əməliyyatı ilə bağlı Türkiyəyə qarşı sanksiyaları müzakirə edəcək

Bakı, 11 oktyabr, SalamNews. Avropa İttifaqının gələn həftə keçiriləcək sammitində Suriyada "Barış Pınarı" əməliyyatı ilə bağlı Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi imkanları müzakirə ediləcək. SalamNews-un İnterfaks-a istinadla verdiyi xəbərə görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Ameli de Monşalen açıqlayıb.

O qeyd edib ki, Suriyanın şimalında "mülki insanlar üçün dəhşətli şərtlər" formalaşır.

AB Sammiti 17-18 oktyabr tarixlərində Brüsseldə keçiriləcək.