DÜNYA » SİYASƏT
14 Oktyabr 2019, 11:48 (GMT +4)

"Barış pınarı" əməliyyatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib

Bakı, 14 oktyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələri tərəfindən "Barış pınarı" əməliyyatı çərçivəsində məhv edilən PKK/PYD-YPG terrorçularının sayı 550-ə çatıb. SalamNews-un "Anadolu"ya istinadla verdiyi xəbər görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

"Uğurla davam edən "Barış Pınarı" əməliyyatı çərçivəsində cəmi 550 terrorçu məhv edilib", məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə 9 oktyabrda Suriyanın Fərat çayının şərqindəki hissələrində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

"Barış Pınarı" kimi tanınan əməliyyat, Türkiyə sərhədləri boyunca terror təhlükəsini aradan qaldırmaq və milyonlarla suriyalı qaçqının könüllü olaraq geri qayıdacağı təhlükəsizlik zonasını yaratmaq məqsədi daşıyır.

Əməliyyatda Türkiyə Silahlı Qüvvələrinin hissələri və müxalif "Azad Suriya Ordusu" hissələri iştirak edir.