DÜNYA » SİYASƏT
14 Oktyabr 2019, 13:25 (GMT +4)

İbrahim Kalın: Hədəflərimizə çatana qədər dayanmaq yoxdur

Bakı, 14 oktyabr, SalamNews. Ankara, Qərb ölkələrinin çağırışlarına baxmayaraq, hədəflərinə çatana qədər Suriyanın şimalındakı əməliyyatını dayandırmayacaq. SalamNews "Sputnik"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Twitter-də açıqlayıb. 

Kalın bildirib ki, Türkiyəni sanksiyalarla təhdid edirlər.

"Mosul, Rakka ve Deyrizzor yerləbir edilir, minlərcə insan həlak olur seslərini çıxarmırlar. "Barış Pınarı" əməliyyatının uğurlu olması qarşısında təşvişə düşürlər və "əməliyatı dayandırın" çağırışı edirlər, sanksiyalarla təhdid edirlər. Hədəflərimizə çatana qədər dayanmaq yoxdur", Kalın yazıb.