DÜNYA » SİYASƏT
15 Oktyabr 2019, 11:16 (GMT +4)

"Barış pınarı" əməliyyatı çərçivəsində 595 terrorçu zərərsizləşdirilib

Bakı, 15 oktyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələri tərəfindən "Barış pınarı" əməliyyatı çərçivəsində məhv edilən PKK/PYD-YPG terrorçularının sayı 595-ə çatıb. SalamNews-un "Anadolu"ya istinadla verdiyi xəbər görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Suriyanın Fərat çayının şərqindəki antiterror əməliyyatı plana uyğun olaraq uğurla davam etdirilir.

Xatırladaq ki, Türkiyə 9 oktyabrda Suriyanın Fərat çayının şərqindəki hissələrində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.