AZƏRBAYCAN » SİYASƏT
15 Oktyabr 2019, 13:10 (GMT +4)

Azərbaycan prezidenti 2020-ci ildə Qırğızıstana səfər edəcək

Bakı, 15 oktyabr, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin ikinci yarısında Qırğızıstana rəsmi səfərə getməyi planlaşdırır.

Bu barədə SalamNews Qırğızıstan prezidentinin saytına istinadən xəbər verir.

“Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib. İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib və 2020-ci ilin ikinci yarısında Bişkekə rəsmi səfər etməyi planlaşdırdığını qeyd edib", məlumatda deyilir.