DÜNYA » SİYASƏT
16 Oktyabr 2019, 11:28 (GMT +4)

Ankara Avropanı Türkiyə diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gücləndirməyə çağırıb

Bakı, 16 oktyabr, SalamNews. Ankara, Avropa ölkələrindəki Türkiyə diplomatik nümayəndəliklərin təhlükəsizliyini gücləndirməsini və PKK terrorçularının hücumları və təxribatları fonunda Türkiyə vətəndaşlarının qorunmasını təmin edilməsini gözləyir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bəyanatda bildirilir ki, Fərat çayının şərqindəki Suriya bölgələrində keçirilən "Barış Pınarı" antiterror əməliyyatı fonunda PKK terrorçularının təxribatlarının sayı artıb. 

“Türkiyə tərəfinin dəfələrlə Avropa İttifaqı ölkələrinin müvafiq orqanlarına xəbərdarlığına baxmayaraq  terrorçuların təxribatları davam edir. Bir daha Avropa ölkələrində etnik türklərin mülkiyyətinə dəyən zərərin qarşısının alınması üçün tədbirlər görməyin vacibliyini vurğulayırıq", açıqlamada deyilir.