DÜNYA » SİYASƏT
17 Oktyabr 2019, 17:20 (GMT +4)

Ankarada Rəcəb Tayyib Ərdoğan ilə Mayk Pensin görüşü başlayıb

Bakı, 17 oktyabr, SalamNews. Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ vitse-prezidenti Mayk Pens arasında görüş başlayıb.

Görüş Ankaradakı Prezident Sarayında yerli vaxtla 15:40-da başlayıb.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, görüş mətbuata bağlı keçirilir.

Ötən gün Ərdoğan “SKY News”un müxbirinin “Pens və Pompeo bu gün Türkiyəyə gələcək. Onlara nə söyləyəcəksiniz. Narahatsınızmı?" sualına cavabında bildirmişdi ki, onlarla görüşmək niyyətində deyil. Ancaq Ağ Ev Ərdoğan görüşməyi rədd etsə də Mayk Pensin Ankaraya gələcəyini bəyan etmişdi.

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ vitse-prezidenti Mayk Pensin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə aparacağı  danışıqlarda irəliləyiş əldə edilməsə Türkiyə iqtisadiyyatı "dağıdıcı" nəticələrlə üzləşəcək.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Ərdoğan bu gün ABŞ vitse-prezidenti Mayk Pensi qəbul edəcək.