DÜNYA » SİYASƏT
18 Oktyabr 2019, 12:57 (GMT +4)

Kosaçyov ABŞ və Türkiyənin Suriyaya dair razılığını müsbət hadisə adlandırıb

Bakı, 18 oktyabr, SalamNews. Senator Konstantin Kosaçyov ABŞ və Türkiyə arasında Suriyada atəşkəs haqqında əldə edilən razılaşmanı yüksək qiymətləndirir. SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu son qoyulmasa da güc tətbiqin dayandırılması üçün bir şansdır.

"ABŞ və Türkiyə, Suriyadakı Türk hərbi əməliyyatı ilə əlaqədar razılığa gəlib. İnanıram ki, hadisə daha çox müsbət irəliləyişdir. Son qoyulmasa da güc tətbiqinin dayandırılmasıdır", o Facebook-da yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ vitse-prezidenti Maykl Penslə danışıqlar aparıb. Danışıqlar zamanı  Türkiyənin Suriyada keçirdiyi  hərbi əməliyyatının müvəqqəti olaraq dayandırılması barədə razılıq əldə edilib.