DÜNYA » SİYASƏT
21 Oktyabr 2019, 13:45 (GMT +4)

Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

Bakı, 21 oktyabr, SalamNews. Kanadada  bazar ertəsi günü 43-cü parlament seçkiləri keçiriləcək.

SalamNews TASS-a istinadən xəbər verir ki, qalib gələn partiyanın lideri Kanadanın Baş naziri vəzifəsini tutacaq. 

Seçki Komissiyasından verilən məlumata görə, müstəqil namizədlərlə yanaşı seçkilərdə 21 partiyanın iştirakına icazə verilib.

Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla 08:30-da açılacaq, Sakit okean sahillərində isə səsvermə  yerli vaxtla 19:00-da başa çatacaq.