AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Oktyabr 2019, 10:04 (GMT +4)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakı, 22 oktyabr, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,23 ABŞ dolları və yaxud 1,92% ucuzlaşıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,76 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.