DÜNYA » ELM VƏ TEXNOLOGİYA
23 Oktyabr 2019, 12:49 (GMT +4)

“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

Bakı, 23 oktyabr, SalamNews.“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verir. Bu haqda “WABetaInfo” portalı məlumat verib.

SalamNews bildirir ki, indi messencer istifadəçisi onu müzakirələrə dəvət edəcək şəxsi seçmək imkanı əldə edəcək: bütün istifadəçilər, yalnız qeyd kitabçasındakı insanlar və yaxud heç kim. Bundan başqa bəzi hesabları qara siyahıya daxil etmək mümkündür.

Yeni funksiya messencerin “iOS” üçün 2.19.110.20 və “Android” üçün 2.19.298 beta versiyalarında əlçatandır.

Funksiyaya giriş üçün “WhatsApp” messencerində sazlamalara daxil olmaq, hesabın idarəetməsinə keçmək, "təhlükəsizlik" bölməsini seçmək lazımdır.