DÜNYA » HADİSƏLƏR
24 Oktyabr 2019, 16:27 (GMT +4)

Əfqanıstanda "Taliban" yaraqlıları ABŞ hərbçilərinə hücum edib: ölən və yaralananlar var

Bakı, 24 oktyabr, SalamNews. Əfqanıstanın Pərvan əyalətində "Taliban" hərəkatının yaraqlıları ABŞ hərbi karvanına hücum edib.

SalamNews-un FarsNews-a istinadla verdiyi xəbərə görə, bu barədə "Taliban" bəyanat yayıb.

Bildirilir ki, bu gün Taliban-ın Pərvan əyalətindəki Çarikar şəhərində keçirdiyi əməliyyat zamanı ABŞ ordusuna aid iki tank partladılıb.

Məlumata əsasən, hücum nəticəsində 8 ABŞ hərbçisi ölüb, 4-ü yaralanıb.