AZƏRBAYCAN » SİYASƏT
28 Oktyabr 2019, 13:08 (GMT +4)

“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Bakı, 28 oktyabr, SalamNews.Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.