DÜNYA » SİYASƏT
31 Oktyabr 2019, 10:20 (GMT +4)

İsraildə saxlanılan rusiyalı ABŞ-a təhvil veriləcək

Bakı, 31 oktyabr, SalamNews. ABŞ-ın soruğusu əsasında 2015-ci ilin dekabr ayının sonunda İsraildə saxlanılan və kompüter təhlükəsizliyi sahəsində cinayət törətməkdə şübhəli bilinən rusiyalı Aleksey Burkov ABŞ-a təhvil verilib.

SalamNews  xəbər verir ki, bu barədə RİA Novosti-yə İsrailin Ədliyyə Nazirliyindən məlumat verilib.

Müvafiq qərar nazir Amir Ohan tərəfindən "siyasi və hüquqi amillər nəzərə alınmaqla müxtəlif tərəflərlə ətraflı məsləhətləşmələrdən sonra" qəbul edilib.

İsrailin rayon və Ali Məhkəmələri rusiyalının ABŞ-a təhvil verildiyini təsdiqləyiblər.