DÜNYA » SİYASƏT
31 Oktyabr 2019, 11:48 (GMT +4)

Bağdadda aksiyalar zamanı ABŞ səfirliyinin yaxınlığına raket atılıb

Bakı, 31 oktyabr, SalamNews, B.Samid. Bağdadda aksiyalar zamanı ABŞ səfirliyinin yaxınlığına bir ədəd katyuşa raketi düşüb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, bir ədəd katyuşa Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi "Mintəqət əl-Xədra" kvartalına düşüb.

Raket ABŞ səfirliyinin yaxınlığına düşüb.

Hadisə nəticəsində İraq təhlükəsizlik qüvvələrindən biri həlak olub, digəri yaralanıb.

Bu hücumu heç bir tərəf üzərinə götürməyib.