AZƏRBAYCAN » İQTİSADİYYAT
01 Noyabr 2019, 15:30 (GMT +4)

ARDNF ötən ay 654,85 milyon dollar valyuta satıb

Bakı, 1 noyabr, SalamNews. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ay ərzində həyata keçirilmiş valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan SalamNews-a verilən məlumata görə, ARDNF tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 milyon ABŞ dolları məbləğində vəsait satılıb.