DÜNYA » SİYASƏT
02 Noyabr 2019, 11:23 (GMT +4)

İraqda intensiv aksiyalardan sonra ölkədə parlamentar sisteminin ləğvini istəyənlərin sayı artıb

Bakı, 2 noyabr, SalamNews, B.Samid. İraqda son bir ayda intensiv şəkildə keçirilən etiraz aksiyaları və iğtişaşlardan sonra parlamentar sistemin ləğvi ilə bağlı çağırışların sayı artıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İraq Parlamentinin son seçkilərində ikinci yerdə qərarlaşan "Fəth" siyasi fraksiyasının lideri Haşd-Şabi hərbi qüvvələrin sabiq başçısı Hadi əl-Amiri ölkədə parlamentar sistemin ləğv edilməsini istəyib.

Ötən gün o verdiyi açıqlamada bildirib ki, son illərdə baş verənlər onu göstərir ki, İraqda parlamentar sistem cavab vermir və prezidentlik sisteminə keçmək zəruri addımdır.

Qeyd edək ki, artıq İraqda korrupsiya və iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları və iğtişaşlar bir aydır davam edir. Ölkə rəhbərliyi islahatlar haqda və korrupsionerlərin həbsi ilə bağlı vədlər versələr da aksiyaçıları razı sala bilmirlər.