DÜNYA » İQTİSADİYYAT
02 Noyabr 2019, 11:45 (GMT +4)

Çin və ABŞ "əsas ticarət problemləri" mövzusunda konsensus əldə edib

Bakı, 2 noyabr, SalamNews. Çin səlahiyyətliləri ABŞ ilə əsas ticarət mövzusunda razılaşma əldə edib.

SalamNews xəbər verir ki, bu barədə TASS CNBC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, ÇXR Dövlət Şurası Baş nazirinin müavini Lyu He və ABŞ Maliyyə katibi Stiven Mnuçin, həmçinin Vaşinqtonun ticarət danışıqlarında təmsilçisi Robert Laytxayzer ilə cümə günü telefon danışığı keçiriblər. Telefon danışığında iki dövlət arasında ticarət razılaşmasına nail olmaq üçün zəruri olan əsas məsələlər müzakirə edilib.

Ayrıca qeyd edilir ki, tərəflər gələcəkdə aparılacaq məsləhətləşmələrin cədvəli barədə də fikir mübadiləsi aparıb.