DÜNYA » SİYASƏT
02 Noyabr 2019, 14:17 (GMT +4)

İraqın Bəsrə şəhərində polislə etirazçılar arasında toqquşma baş verib - Yaralananlar var

Bakı, 2 noyabr, SalamNews, B.Samid. İraqın Bəsrə şəhəri də etiraz aksiyalarının şahidi olub.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Bəsrə şəhərində yerləşən Ümmu-Qəsr limanı qarşısında etiraz aksiyaları sonda toqquşmalarla nəticələnib.

Polis dövlət obyektlərinə yaxınlaşmaq istəyən aksiyaçılara gözyaşardıcı qazlar atıb.

İki tərəfdən onlarla şəxs yaralanıb.

Bu arada ölkə parlamentinin sədri Məhəmməd əl-Halbusi də etirazçıları sakitləşdirmək istiqamətində çıxışı edərək, parlamentin mütəmadi şəkildə toplantılar keçirərək, tələb edilən islahatların icrasını nəzarətədə saxladığını bildirib.