DÜNYA » SİYASƏT
02 Noyabr 2019, 16:11 (GMT +4)

 Lavrov: ABŞ öz yaratdığını məhv etdi

Bakı, 2 noyabr, SalamNews. Rusiya hələ də ABŞ-ın həqiqətən terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadini məhv etdiyindən əmin deyil. Ancaq bu baş veribsə də, əslində Vaşinqton öz yaratdığını məhv etdi.

SalamNews xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rossiya-24" telekanalında yayımlanan "Beynəlxalq baxış" proqramında açıqlayıb.
"Hərbçilərimiz hələ də əlavə faktları araşdırır, ABŞ-ın dediklərinin çoxunu hələ təsdiqləyə bilmirlər" deyə Lavrov bir nömrəli terrorçunun aradan qaldırılmasına dair məlumatların həqiqiliyini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu fakt təsdiqlənərsə, o zaman müsbət qiymətləndirilə bilər, çünki əl-Bağdadi "İslam Dövlətinin yaranmasında və xilafət yaratmaq cəhdində mənfi rol oynayırdı".