DÜNYA » SİYASƏT
06 Noyabr 2019, 15:32 (GMT +4)

İran Fordo və Nətənz nüvə təsisatlarında yeni cihazları işə salıb

Bakı, 6 noyabr, SalamNews, B.Samid. İran Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin iştirakı ilə Fordo və Nətənz nüvə təsisatlarında yeni cihazları işə salıb.

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerji Təşkilatının sədr müavini Behruz Kəmalvəndi məlumat verib.

Bildirilib ki, İran Fordo və Nətənz nüvə təsisatında yeni nəsil sentrfuqalar quraşdırıb. İran rəsmisi bildirib ki, Fordo reaktoruna 2 min kq civarında "uf6" qazı gətirilib.

Əlavə edilib ki, bu proseslərə Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri nəzarət edib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün bildirib ki, Avropa tərəfinin öhdəliklərinə əməl edə bilməməsinə görə, İran 6 noyabrdan 4-cü dəfə olaraq, nüvə sazişindəki öhdəliklərindən bəzilərinin icrasını dayandıracaq.