DÜNYA » SİYASƏT
07 Noyabr 2019, 14:09 (GMT +4)

Səudiyyə Ərəbistanı rəsmiləri husilərlə təmas qurublar - Mənbə

Bakı, 7 noyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı rəsmiləri Yəmənin Ənsarullah hərəkatı ilə təmas qurublar.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu Yəmən İnqilabının Ali Siyasi Şurasının (husilər) üzvü Əbdül-İlah Həcər deyib.

Telekanala verdiyi müsahibə zamanı Yəmən hökuməti (paytaxt Səna) rəsmisi  iddia edib ki, Səudiyyə Ərəbistanı rəsmiləri o cümlədən bu ölkənin səfiri Ənsarullah hərəkatı ilə təmaslar qurub.

Onun sözlərinə görə Səudiyyə Ərəbistanın səfiri yeni səyləri çərçivəsində Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Abdussalamla təmas qurmaq istəyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyasının son 4 ildə Yəmənə müdaxiləsi dövründə bu ilk dəfədir ki, ər-Riyad rəsmiləri husilərlə təmas qururlar.