DÜNYA » SİYASƏT
07 Noyabr 2019, 14:52 (GMT +4)

Taliban Əfqanıstanın cənub-şərqində 4 məhkəmə hakimini terror edib

Bakı, 7 noyabr, SalamNews, B.Samid. Taliban Əfqanıstanın Lövgər əyalətində həyata keçirdiyi hücumda 4 məhkəmə hakimini terror edib.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Lövgər əyalətinin Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Appelyasiya Məhkəməsinin 4 hakimi Lövgər əyalətinin Baqiabad bölgəsində Taliban silahlıları tərəfindən pusquya salınıb və terror ediliblər.

Taliban hələ bu hücumu üzərinə götürməyib.

Qeyd edək ki, Lövgər əyaləti mərkəz paytaxta yaxın olsa da təhlükəli əyalətlərdən hesab edilir.