DÜNYA » SİYASƏT
07 Noyabr 2019, 15:31 (GMT +4)

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı toplantı keçirib

Bakı, 7 noyabr, SalamNews, B.Samid. İranın nüvə sazişindəki öhdəliklərini azlatması fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi toplantı keçirib.

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu gün Vyanada İranın nüvə proqramı ilə bağlı BAEA-nin toplantısı işə başlayıb.

Bu toplantıda son 3 ayda İranın nüvə proqramı haqda hesabat dinləniləcək.

Toplantıda olan Avropa mediası nümayəndələri bildiriblər ki, burada İranın 6 noyabrda nüvə sazişindəki öhdəliklərini azlatması qərarı da qınanıla bilər.

Qeyd edək ki, ötən il ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxıb, İrana qarşı sərt sanksiyalara başlamasından sonra, sazişdə qalan Avropa dövlətləri neftin ixracı və bank əməliyyatları ilə bağlı İrana vədlər veriblər. İran bu vədlərin yerinə yetirilmədiyi üçün 4-cü dəfə olaraq sazişdəki öhdəliklərindən bəzilərinin icrasını dayandırıb.