DÜNYA » SİYASƏT
07 Noyabr 2019, 16:40 (GMT +4)

Yaponiyada böyük miqdarda kokain ələ keçirilib

Bakı, 7 noyabr, SalamNewsYaponiyanın Kobe limanında konteynerlərdən birində çəkisi 400 kiloqram olan kokain aşkar edilib.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Kyodo" agentliyinin istintaq işi ilə yaxından tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, narkotikin  bazar dəyəri təxminən 8 milyard (təxminən 73.3 milyon dollar) yendir. 

 
İlkin məlumata görə, narkotik maddə ölkəyə xaricdən gətirilib.