DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 09:32 (GMT +4)

Merkel və Stoltenberq Makronun NATO-nun "beyin ölümü" ilə əlaqədar sözlərini tənqid edib

Bakı, 8 noyabr, SalamNews. Almaniya kansleri Angela Merkel və Şimali Atlantika Alyansının baş katibi Jens Stoltenberq NATO-nun "beyin ölümü" keçirdiyini söyləyən Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

SalamNews xəbər verir ki, Merkel bildirib ki, o Makronun İttifaqdakı vəziyyətlə bağlı fikirləri ilə razı deyil.

"O vəziyyəti təsvir etmək üçün "sərt sözlərdən" istifadə edib", Merkel Berlində Stoltenberqlə keçirilən birgə mətbuat konfransında deyib.

 Merkelin fikrincə, fərqli düşüncə tərzi var: "NATO təhlükəsizliyimizin təməli olaraq qalır" dedi.

Stoltenberq isə bildirib ki, Şimali Atlantika Alyansı Avropada təhlükəsizliyi üçün vacibdir.