AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Noyabr 2019, 14:46 (GMT +4)

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Bakı, 8 noyabr, SalamNews.Noyabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən SalamNews-a bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.