DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 15:10 (GMT +4)

NATO Baş katibi Türkiyənin Avropa təhlükəsizliyindəki rolundan danışıb 

Bakı, 8 noyabr, SalamNews. Türkiyə Avropanın təhlükəsizliyinin təmin olunmasında açar rolunu oynayır. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Jens Stoltenberq Berlində "Kurt Korber" vəqfində çıxışı zamanı deyib. 

Onun fikrincə, Avropa Birliyi öz hərbi gücü hesabına Avropanı qorumaq iqtidarında deyil.

"Norveç, ABŞ, Kanada və İngiltərə, eləcə də cənubdakı Türkiyə Avropanın təhlükəsizliyində əsas rol oynayan ölkələrdir", Stoltenberq bildirib.

Baş katib alyans ölkələrini müdafiə xərclərini NATO-nun tələb etdiyi səviyyəyə çatdırmağa çağırıb. 

O bildirib ki, Almaniya müdafiə xərclərini ABŞ-a minnət olaraq deyil, öz təhlükəsizliyini təmin etmək üçün artırmalıdır.