RUSİYA » SİYASƏT
08 Noyabr 2019, 16:38 (GMT +4)

Rusiya XİN: Rusiya NATO ilə dialoqun davam etməsinin tərəfdarıdır

Bakı, 8 noyabr, SalamNews. Rusiya NATO ilə dialoqa can atmayacaq, lakin dialoqun davam etməsinin tərəfdarıdır.  

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

"Əlbəttə ki, NATO ilə normal bir dialoqun olmasını istərdik. Demək olar ki, bütün əməkdaşlıq formalarının dondurulması bizim günahımız deyil. Hərbi dialoqun dayandırılması bizim günahımız deyildi və NATO-nun Brüsseldə Rusiya nümayəndə heyətinə qarşı həyata keçirdiyi tədbirlərin təşəbbüskarı da biz deyilik. Onları sadəcə saxlayırlar, adi görüş üçün sorğulara elementar cavab da vermirlər", Lavrov bildirib.