DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 15:39 (GMT +4)

Kürdlər Rusiya və Türkiyənin müştərək post-patrul qüvvələrini daşa basıblar (VİDEO)

Bakı, 8 noyabr, SalamNews, B.Samid. Kürdlər Suriyanın şimal-şərqində birgə şəkildə post patrul xidməti ilə məşğul olan Rusiya-Türkiyə post patrul qüvvələrini daşlayıblar.

SalamNews  xəbər verir ki, Suriyanın şimal-şərqində Həsəka əyalətinin Dekşuriyya kəndi ərazisindən keçən Rusiya-Türkiyə post patrul qüvvələri kürdlər tərəfindən etirazla qarşılanıblar.

Post patrul qüvvələrinin yolu üzərində toplaşan insanlar zirehli maşınları daşa basıblar.

Qeyd edək ki, Türkiyənin "Barış pınarı" əməliyyatının nəticəsi olaraq, ABŞ qüvvələri və kürd bölmələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsindən çıxıblar. Rusiya və Türkiyə prezidentlərinin Soçi razılaşmasına əsasən tərəflər bölgədə birgə şəkildə post patrul xidmətlərinə başlayıblar.