AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Noyabr 2019, 16:07 (GMT +4)

Azercell yeni kampaniya keçirir

Bakı, 8 noyabr, SalamNews. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ən son model smartfonları daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya təqdim edir.

Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin etibarlılığınıözündə cəmləşdirən yeni “Samsung smartfonları” kampaniyası ilə çıxır. 07.11.2019-15.01.2020 tarixləri ərzindəAzercell-in Eksklüziv mağazaları və ya rəsmi diler dükanlarındaA seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi 12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz fürsət qazanacaq.

Bu yeni ili yeni Samsung smartfonunuz ilə qarşılayın! Artıq ünsiyyətiniz daha dinamik, xatirələriniz daha rəngarəng olacaq!

Kampaniya haqqında ətraflı məlumatlahttps://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/səhifəsindən tanış olun.