DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 17:57 (GMT +4)

Türkiyə NATO-nun İraqdakı əsas tərəfdaşıdır - NATO generalı

Bakı, 8 noyabr, SalamNews. Türkiyə İraqdakı NATO missiyasında əsas rol oynayır. İttifaqın planlarını dəstəklədiyi üçün Ankaraya minnətdarıq. SalamNews xəbər verir ki, bunu "Anadolu"  agentliyinə NATO-nun İraqdakı qüvvələrinin təlim və inkişafı üzrə missiyasının rəhbəri, Kanada generalı Denis Fortin açıqlayıb.

General, NATO missiyasının 2018-ci ilin oktyabrından Bağdadda yerləşdirildiyini xatırladıb.

Onun sözlərinə görə, missiyanın əsas məqsədi İraq təhlükəsizlik qüvvələrinin və bu ölkənin hərbi təhsil müəssisələrinin potensialını gücləndirməkdir.

General, son bir ildə NATO missiyasının İraqdakı fəaliyyətini genişləndirdiyini qeyd edib.