AZƏRBAYCAN » SİYASƏT
08 Noyabr 2019, 17:25 (GMT +4)

Rusiya-Azərbaycan münasibətlərinin böyük perspektivi var - Mariya Zaxarova

Bakı, 8 noyabr, SalamNews. Rusiya-Azərbaycan münasibətlərinin böyük perspektivi var.

SalamNews-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Vestnik Kavkaz"ın müxbirinin iki ölkə arasındakı strateji tərəfdaşlıq barədə sualına cavab verərkən açıqlayıb.

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər davamlı, dinamik şəkildə inkişaf edir. Bizi həm ortaq tarix, həm müasirlik və əlbətdə ki gələcək bağlayır", Zaxarova bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin inkişafı gələcəyə yönəldilib və böyük bir perspektivə sahibdir.