DÜNYA » SİYASƏT
11 Noyabr 2019, 14:18 (GMT +4)

Ərdoğan Suriyada "Barış pınarı" əməliyyatının davamını istisna etməyib 

Bakı, 11 noyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, kürd dəstələri dağıdıcı fəaliyyətlərini dayandırmayana qədər ölkə ordusu Suriyanın şimal-şərqini tərk etməyəcək.

"Lazım gələrsə, "Barış pınarı" əməliyyatı davam edəcək", Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara Suriyanın ərazi bütövlüyünü qorumağa və Fəratyanı bölgədə qeyri-sabitliyin qarşısını almağa çalışır.

SalamNews-un RusNews24-ə istinadla verdiyi xəbərə görə, o qeyd edib ki, kürd yaraqlıları o bölgəni tərk etməyə qədər təhlükəsizlik zonasını türk ordusu qoruyacaq.