DÜNYA » SİYASƏT
11 Noyabr 2019, 15:58 (GMT +4)

İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

Bakı, 11 noyabr, SalamNews, B.Samid. BMT baş katibinin İraq üzrə nümayəndəsi Janin Hennis Plasshart İraqa səfəri çərçivəsində Ayətullah Sistani ilə görüşüb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, BMT baş katibinin İraq üzrə nümayəndəsi Janin Hennis Plasshart İraqa səfəri çərçivəsində Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşərək, ölkədə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıb.

Ayətullah Sistani ilə görüşünün nəticələrini açıqlayan BMT baş katibi nümayəndəsi bildirib ki, "İraqın din alimi dinc aksiyaçılara qarşı zorakılığı pisləyib və onların islahatla bağlı tələblərinin həyata keçirilməsinin zəruri olduğunu deyib."

BMT rəsmisinin sözlərinə görə Ayətullah Sistani bildirb ki, "dinc aksiyaçılar qanuni tələblərinin həyata keçməsini görməyincə evlərinə dönən deyillər."

Qeyd edək ki, Ayətullah Sistani bundan öncəki bəyanatında da hökuməti vəd edilən addımları atmağa çağırmış və xaricdən aksiyaların gedişatına mənfi təsirlərin olacağı barədə xəbərdarlıq etmişdi.