DÜNYA » SİYASƏT
15 Noyabr 2019, 17:04 (GMT +4)

Bəşər Əsəd: Dəməşq kürdlərə Suriyada Türkiyəyə qarşı birgə mübarizə aparmağı təklif edib

Bakı, 15 noyabr, SalamNews. Dəməşq Suriyanın şimal-şərqində yaşayan kürdləri Türkiyənin bu ölkədəki hərbi varlığına qarşı birlikdə mübarizə aparmağa dəvət edib.

SalamNews xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd "RİA Novosti" və "Rusiya 24" kanalına müsahibəsində bildirib.

Suriya liderinin sözlərinə görə, kürdləri hökumət ordusu sıralarına qəbul etməyə hazırdırlar, lakin onlar indiyə qədər bu təklifdən imtina edirlər.

"Onlar indi Suriya ordusuna qoşulmağa hazır deyillər və bu bölgələrdə silahlarını saxlamaq niyyətindədirlər", Əsəd deyib.

Onun sözlərinə görə, Moskva və Dəməşq kürdləri yola gətirməyə çalışır ki, Ankaranın əleyhinə Suriya ordusuna qoşulmaq ərazilərinin qaytarılması üçün ən düzgün qərardır.